• 22.11.2023

    “İDEAL KREDİT”in İmişli filialı fəaliyyətə başlamışdır.

    “İdeal Kredit” müştəri xidmətlərinin inkişafı istiqamətində daha bir yenilik edərək ilk region filialı olan “İmişli” filialını müştərilərə xidmət üçün istifadəyə vermişdir. Filial İmişli şəhəri, M.Əsədov küçəsi 2 ünvanında fəaliyyət göstərir. Bununla da, regionların iqtisadi inkişafına, xüsusilə də özəl sektorun inkişafına dəstək vermək və onlara keyfiyyətli xidmət göstərmək məqsədilə 13.11.2023-cü il tarixindən etibarən İmişli filialı kredit, lizinq məhsulları və digər maliyyə xidmətləri ilə region əhalisinin xidmətinə verilmişdir. Filialın xidmətlərindən yalnız İmişli rayonunun əhalisi deyil, eyni zamanda ətraf rayonların əhalisi də rahat şəkildə yararlana bilərlər. Eyni zamanda İmişli filialı ilk region filialımız olduğundan 31.12.2023-cü il tarixinədək filialımıza müraciət edən müştərilər kredit, lizinq məhsulları və digər maliyyə xidmətlərimiz üzrə xüsusi endirim fürsətləri qazanmış olacaqlar. Belə ki, 31.12.2023-cü il tarixinədək rəsmiləşdirilən hər bir kredit və lizinq məhsullarının illik faiz dərəcəsinə 10% endirim tətbiq ediləcəkdir.