• 31.05.2024

    “İdeal Kredit” vətəndaşlara təqdim etdiyi maliyyə məhsulların sırasına daha birini əlavə etdi.

     

    “İdeal Kredit”  yeni avtomobil almaq istəyən şəxslər üçün yeni sərfəli şərtlərlə Avtokredit məhsulunu təqdim edir. Yeni avtomobil almaq istəyən şəxslər buyurub “İdeal Kredit”ə müraciət edə bilərlər.

  • 30.05.2024

    “İdeal Kredit” in 3 Saylı filialının ünvanı dəyişmişdir.

    “İdeal Kredit” in Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 133M ünvanında yerləşən 3 Saylı filialının ünvanı dəyişmişdir. 3 Saylı filialın yeni ünvanı Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən “Çinar Park” Biznes mərkəzinə (2-ci bina, 4-cü mərtəbə) köçürülmüşdür.

  • 30.05.2024

    “İdeal Kredit” in 2 Saylı filialı 24.05.2024-cü il tarixdən etibarən fəaliyyətini dayandırmışdır.

    “İdeal Kredit”in Bakı şəhəri, 7-ci MKR, S.S. Axundov küçəsi 31/23 ünvanında yerləşən 2 saylı filialı 24.05.2024-cü il tarixdən etibarən fəaliyyətini dayandırmışdır. 2 Saylı filialın müştəriləri hər hansı sualla bağlı “İdeal Kredit”in Bakı şəh, Ak. Həsən Əliyev küçəsi 31 (1 Saylı ASAN Kommunal mərkəzinin 1-ci mərtəbəsi)ünvanında yerləşən Baş ofisinə yaxınlaşmaqla və ya təşkilatın 012-526-26-25 telefon nömrəsi ilə müraciət edə bilərlər.

  • 01.12.2023

    Sərfəli Lizinq- Tam Kasko HƏDİYYƏ!

    - Lizinq məhsulumuzdan yararlanan hər kəsə tam Kasko sığorta Hədiyyə olacaqdır. Əlavə vaxt itirmədən, əlavə sənədlərə ehtiyac olmadan, sürətli və sərfəli şərtlər ilə avtomobil sahibi ola bilərsiniz.

    - Rahat hesablama aparmaq üçün Lizinq kalkuyatoru:  https://www.idealkredit.az/28-lizinq.html

  • 22.11.2023

    “İDEAL KREDİT”in İmişli filialı fəaliyyətə başlamışdır.

    “İdeal Kredit” müştəri xidmətlərinin inkişafı istiqamətində daha bir yenilik edərək ilk region filialı olan “İmişli” filialını müştərilərə xidmət üçün istifadəyə vermişdir. Filial İmişli şəhəri, M.Əsədov küçəsi 2 ünvanında fəaliyyət göstərir. Bununla da, regionların iqtisadi inkişafına, xüsusilə də özəl sektorun inkişafına dəstək vermək və onlara keyfiyyətli xidmət göstərmək məqsədilə 13.11.2023-cü il tarixindən etibarən İmişli filialı kredit, lizinq məhsulları və digər maliyyə xidmətləri ilə region əhalisinin xidmətinə verilmişdir. Filialın xidmətlərindən yalnız İmişli rayonunun əhalisi deyil, eyni zamanda ətraf rayonların əhalisi də rahat şəkildə yararlana bilərlər. Eyni zamanda İmişli filialı ilk region filialımız olduğundan 31.12.2023-cü il tarixinədək filialımıza müraciət edən müştərilər kredit, lizinq məhsulları və digər maliyyə xidmətlərimiz üzrə xüsusi endirim fürsətləri qazanmış olacaqlar. Belə ki, 31.12.2023-cü il tarixinədək rəsmiləşdirilən hər bir kredit və lizinq məhsullarının illik faiz dərəcəsinə 10% endirim tətbiq ediləcəkdir.


  • 06.07.2023

    “İDEAL KREDİT” – “M10” elektron ödəniş sisteminə qoşulmuşdur.

    Hər zaman yeniliklərlə müştərilərin məmnuniyyətini qazanmağı və onlara daha keyfiyyətli xidmətlər göstərməyi qarşısına hədəf qoyan “İDEAL KREDİT” təşkilatı 06.07.2023-cü il tarixindən etibarən “M10” ödəniş sisteminə (elektron pul kisəsinə) qoşulmuşdur. Bu andan etibarən müştərilərimiz kredit ödənişlərini komissiyasız, vaxt itkisinə yol vermədən daha rahat və sürətli şəkildə “M10” vasitəsilə də ödəyə bilərlər.

  • 28.02.2023

    “İDEAL KREDİT”in 4 Saylı filialı bağlanmışdır.

    “İDEAL KREDİT”in Bakı şəhəri, Babək prospekti 192E ünvanında yerləşən 4 Saylı filialı 28.02.2023-cü il tarixdən etibarən fəaliyyətini dayandırmışdır. 4 Saylı filialın müştəriləri hər hansı sualla bağlı “İDEAL KREDİT”in Bakı şəhəri, AK. Həsən Əliyev küçəsi 34 (1 Saylı ASAN Kommunalın 1-ci mərtəbəsi) ünvanında yerləşən Baş ofisinə və ya təşkilatın 012-526-26-25 nömrəli telefon nömrəsinə müraciət edə bilərlər.

  • 03.12.2022

    "İDEAL KREDİT"in 1 Saylı filialı bağlanmışdır.

    “İDEAL KREDİT”in 1 Saylı filialının fəaliyyəti təsisçilərinin ümumi yığıncağının qərarı ilə 01.12.2022-ci il tarixdən etibarən dayandırılmışdır. 1 Saylı filialın müştəriləri hər hansı sualla bağlı “İDEAL KREDİT”in Bakı şəhəri, AK. Həsən Əliyev küçəsi 34 (1 Saylı ASAN Kommunalın 1-ci mərtəbəsi) ünvanında yerləşən Baş ofisinə müraciət edə bilərlər.

  • 28.12.2021

    “İDEAL KREDİT”in 4 Saylı filialı fəaliyyətə başlamışdır.

    “İDEAL KREDİT” müştərilərə daha yaxın olmaq və xidmət keyfiyyətini daha da yüksəltmək məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. 23.12.2021-ci il tarixindən etibarən “İDEAL KREDİT”in Bakı şəhəri, Babək prospekti 192E ünvanında 4 Saylı filialı yəaliyyətə başlamışdır və artıq müştərilərin xidmətindədir.

  • 01.10.2021

    “İDEAL KREDİT”in 3 Saylı filialı fəaliyyətə başlamışdır.

    “İDEAL KREDİT” müştərilərə daha yaxın olmaq və xidmət keyfiyyətini daha da yüksəltmək məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. 01.10.2021-ci il tarixindən etibarən “İDEAL KREDİT”in Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 133M ünvanında 3 Saylı filialı yəaliyyətə başlamışdır və artıq müştərilərin xidmətindədir.

  • 01.09.2021

    “İDEAL KREDİT” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatları siyahısına daxil edilmişdir.

    “İDEAL KREDİT” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatları siyahısına daxil edilmişdir. Bununla da “İDEAL KREDİT” dövlət vəsaiti hesabına Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin təmin edilməsi istiqamətində Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa başlamışdır.

  • 04.03.2021

    Artıq “İDEAL KREDİT” bütün növ sığorta xidmətləri göstərir.


    Artıq “İDEAL KREDİT” müştərilərinə çevik şəkildə rahat və sərfəli şərtlərlə bütün növ (Avtomobillərin, əmlakın icbari və könüllü sığortası) sığorta xidmətləri göstərir. Sığorta xidmətlərimizdən hər an yararlana bilərsiniz.

  • 02.12.2020

    Yeni ilə yeni AVTOMOBİL ilə! KASKO SIĞORTA BİZDƏN HƏDİYYƏ!

  • 01.09.2020

    İdeal Kredit – MilliÖn terminallarına qoşulmuşdur.

    İdeal Kredit – MilliÖn terminallarına qoşulmuşdur.
    Hər zaman yeniliklərlə müştəri məmnuniyyətini qazanmağı və onlara daha keyfiyyətli xidmətlər göstərməyi qarşıya hədəf qoyan “İDEAL KREDİT” 01.09.2020-ci il tarixdən etibarən MilliÖN terminallarına qoşulmuşdur. Bu andan etibarən müştərilərimiz kredit ödənişlərini vaxt itkisnə yol vermədən daha rahat və sürətli şəkildə MilliÖn terminallarından da ödəyə bilərlər.

  • 09.04.2020

    BOKT “İdeal Kredit” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı


    BOKT “İdeal Kredit” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

    BOKT “İdeal Kredit” MMC dövlət tərəfindən koronavirusun (COVİD-19) yayılmasına qarşı yönəlmiş və onun mənfi təsirini azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.

    Beləliklə, ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna BOKT “İdeal Kredit” MMC 3000 azn məbləğində ianə köçürüb.

  • 07.03.2019

    “İdeal Kredit” ASAN FİNANS sisteminə qoşuldu.

    “İDEAL KREDİT” müştərilərinə yüksək keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə 06.03.2019-cu il tarixdən etibarən ASAN FİNANS sisteminə qoşulmuşdur. İndi müştərilər daha rahat şəkildə və vaxtlarına qənaət etməklə iş yerindən arayış gətirmədən kredit əldə edə bilərlər. Belə ki, kredit xidmətlərimizdən istifadə etmək istəyən müştərilər müxtəlif dövlət və qeyri-hökumət qurumlarından toplamalı olduqları arayışları və sənədləri (iş yerindən arayış, şəxsiyyət vəsiqəsi, başqa rəsmi sənədlərin sürətlərini, ailə üzvlərinə dair sənədləri, əmlakla bağlı sənədləri və s.) ofisimizdə özlərinin razılığı (icazəsi) ilə “ASAN Finans” sistemi vasitəsilə elektron formada əldə etmək mümkündür.

  • 04.03.2019

    Fiziki şəxslərin əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artım hissəsi üzrə güzəşt məbləğinin vətəndaşlar tərəfindən rahat hesablanması üçün elektron kalkulyator istifadəyə verilib

    "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.

  • 23.02.2019

    Avto Lizinq - Lizinq şərtlərimizi daha da sadələşdirdik!

    Hörmətli müştərilər!
    Sizlərin çoxsaylı müraciətlərinizi nəzərə alaraq Lizinq şərtlərimizi daha da sadələşdirdik. İndi avtomobil əldə etmək üçün Lizinq məhsulmuzdan rahat şəkildə yararlana bilərsiniz. Seçdiyiniz avtomobilin dəyərinin 70%-ni “İdeal Kredit” maliyyələşdirə bilir. Həmçinin gəlirlərinizdən asılı olaraq maliyyələşdirmənin həcmi 90%-dək artırıla bilər. “İdeal Kredit”in təklif etdiyi bu unikal imkandan yararlanmaq üçün buyurun indi müraciət edin.

    Ətraflı məlumatı aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə əldə edə bilərsiniz.

    Ünvan: AZ 1078, Azərbaycan,Baki şəhəri, Ak.Həsən Əliyev küç, 34 (1 Saylı ASAN kommunalın 1-ci mərtəbəsi)
    Tel: (+99412) 409 25 23/24

  • 23.02.2019

    Qızıl krediti - Çox sərfəli şərtlərlə qızıl kreditləri!

    Çox sərfəli şərtlərlə qızıl kreditləri.
    Hörmətli müştərilər!
    Öz fəaliyyəti dövründə həmişə fundamental dəyərlərə əsaslanmaqla müştəri məmnuniyyətini daim öndə tutan BOKT “İDEAL KREDİT” Sizlərə çox sərfəli şərtlərlə qızıl kreditləri təklif edir. Gəlirlərinizi nəzərə alaraq qızılın dəyərinin 200%-i həcmində kredit əldə edə bilərsiniz. Bu fürsətlərdən faydalanmaq üçün buyurun müraciət edin.

    Ətraflı məlumatı aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə əldə edə bilərsiniz.

    Ünvan: AZ 1078, Azərbaycan,Baki şəhəri, Ak.Həsən Əliyev küç, 34 (1 Saylı ASAN kommunalın 1-ci mərtəbəsi)
    Tel: (+99412) 409 25 23/24

  • 02.03.2018

    İdeal Kredit - online ödəmə imkanı

    Daim müştərilərinə yüksək xidmət göstərməklə müştəri məmnuniyyətini qazanmağı qarşısına məqsəd qoyan “İdeal Kredit” 02.03.2018-ci il tarixdən etibarən saytda "On-line ödəmə" imkanı yaratmışdır . İndi müştərilərimiz "On-line ödəmə" vasitəsilə kreditlərini daha rahat şəkildə onlayn ödəyə bilərlər.


  • Назад Вперед
    Наверх